Folklor
və
ìüllilik
haqqında:
Mən
tələbəni xalq yaradıcılığının
hazır nümunələrindən sitat şəklində
faydalanma yoluna yönəltməkdən uzağam.
Xalq musiqisinə sirf qoruyuculuq baxımından
yanaşma mühafizəkarlığa gətirib
çıxarır, irəliləyiş və
inkişafa maneçilik törədir , onu bir
növ donmuş nəyəsə, daha doğrusu,
muzey eksponatına çevirir. Burada, bütün
yaradıcılıqla bağlı məsələlərdəki
kimi, milli musiqi mədəniyyətinin geniş
çevrəsində ən yaşamlı və
dəyərlilərin seçimində gənc
bəstəkarın yaradıcılıq təşəbbüsu
və var qüvvəsi ilə işləmək
bacarıgı olmasa, ugur qazanıla bilməz.....
“Ñîâåòñêàÿ êóëüòóðà” qəzeti, 29. XI. 1962.
... Belə
bir deyim dərin kök salıb ki, folklor tükənməz
bir qaynaqdır və bu qaynaqdan faydalanmanın
sonu yoxdur. Əlbəttə, şairanə yozumdur,
lakin, mənim düşündüyümə
görə, düzgün deyil. Əgər tutuşdurmaya
qalsa, xalq musiqisini yerüstündən ayrı
– ayrı dərinliklərdə qatlar üzrə
yerləşən neft yataqlarına bənzətmək
olar. Haradasa 70 – 80 il öncə Abşeronda
bir neçə metr dərinlikdə qazılan
quyu tezcə neftlə dolaraq, yiyəsini varlandirardı.
Asan qazanca can atan insanlar əlçatan üst
qatları rəhmsizcəsinə istismar edirdilər.
Neftin səviyyəsi düşməyə başladı.
Üst qatlar tükəndi və hazırda nefti
yalnız texniki qurğuların köməyi
ilə çıxarırlar.
Bunun oxşarları
da xalq musiqisinin başına gətirilir. Gəlin
bir düşünək: məgər biz onu həddən
artıq asan yolla əldə etmirikmi? Məgər
biz onun üst, əlçatan qatlarından acgözlüklə
faydalanmırıqmı? Xalq musiqisinin tükənməzliyi
deyimi və durumuna son qoymaq, başlıca zənginliklərin
daha alt qatlarda, biz düşündüyümüzdən
də dərinlərdə yatdığını
anlayıb, bu dərinliklərə üz tutmaq,
həmin qatlara çatmaq üçün də
lazımlı texniki qurğularla silahlanmaq vaxtı
deyilmi?
Bizim xalq musiqimizin üst, əlçatan
qatlarından faydalanma, daha doğrusu, onun yırtıcı
istismarı bununla sonuclanır ki, eyni intonasiya
və ifadələrdən ibarət dar çevrə
bir əsərdən digərinə keçərək,
dəyişmədən, yaradıcı şəkildə
işlənmədən sonsuz sayda təkrarlanır,
çeynənir, simasızlaşır və
ucuz basmaqəlibə çevrilir.
“Ñîâåòñêàÿ êóëüòóðà” qəzeti, 26. I. 1969.
|