Ustadlar
haqqında
Üzeir
Hacıbəyov haqqında:
Üzeir
Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətində
yerini M. Qlinkanın rus musiqi tarixində yeri ilə
tutuşdurmaq olar. Çağdaş musiqimizin
bütün başlıca janrları Üzeir
Hacıbəyovun yaradıcılığından
qaynaqlanır.
"Бакинский
рабочий", 1948, 26 nоyabr.
Qarayevın
səsi
Qarayevın
səsi
......
Öz yetirmələrindən hər birinə
böyük qayğıkeşliklə yanaşan
bu istedadlı müəllimin sinfində çoxlarımız
ilk dəfə anladı ki, lirik xalq mahnılarının
sadə incəlikləri, muğam quruluşunun
gözəllikləri arxasında həm estetik,
həm də məntiqi baxımdan olduqca özüllü
bir sistem durur.
"Советская культура", 1975, 26 nоyabr.

Qara Qarayev Şostakoviç haqqında:
Şostakoviçin
tələbələri ilə necə dərs
keçdiyini, hansı pedaqoji prinsiplərdən
faydalandığını hazırda məndən
tez-tez soruşurlar. Və mən cavab verməyi
özümə borc bilirəm ki, həmin prinsiplərin
sayı istedadlı və oxşarsız şagirdlərin
sayı ilə ölçülürdü. Lakin
bütün hallarda, çox sərt müəllim
olduğuna baxmayaraq, o yetirmələrinə özlərinə
dərin inam aşılayır və ən şətin
işlərini belə sona çatdırmaqda
onlara köməkçi olurdu.....
......onun
sinfində işə, sənətə ən
yüksək peşəkar yanaşma ab-havası
vardı: yarımçıq hazırlıqla
dərsə gəlmək haqqında söhbət
gedə bilməzdi. Və biz fədakarlıqla,
mən deyərdim, özümüzə qarşı
qəddarcasına işləyirdik: heç yadımda
deyil ki, sinifdə tənbəllər yaxud avaralara
“qaşın üstə gözün var” deyən
olsun. Burada tam qücünə işləmək
gərək idi.....
...... Mən hər zaman sevimli müəllimimin
minnətdar şagirdiyəm, çünki musiqidə,
sənətimdə bütün qazandıqlarım
onun adı ilə bağlıdır.
"Советская музыка", 1966, №9.
|