Operalar

  • “Vətən” (C. Hacıyevlə birgə); librettoçular – İ. Hidayətzadə və M. Rahim, 1945.
  • “Zəriflik” (A. Barbüs üzrə), 1972.
  • “Çilğın qaskonlu” müzikli (E. Rostanın eyniadlı əsəri üzrə), 1973.

    Adı çəkilən musiqili komediyanın üslubu oldaqca çoxçalarlıdır. Əsərin musiqi dilində klassizmin intonasiya və çeşidləri, romantik harmoniyalar, XX yüzilliyin ritmləri və çalğıları üzvi, uyarlı şəkildə birləşdirilib (məsələn, biq-bit və i.a.). “Çilğın qaskonlu” nun (üslüb gerçəklikləri ilə “sıxlaşdırılmış”) zaman kəsiminin genişliyi ədəbi qaynaqın “ikili” mədəni şöhrətindən irəli gəlir. Əsərin qəhramanı, - hazırcavab şair və dəliqanlı duelçi, dərin düşüncəli filosof və igidlikdə tayı olmayan Sirano de Berjerak - əslində tarixi şəxsiyyətdir. E. Rostanın poetik duyumunun özümlüyü, ilk növbədə bu duyumun romantik axarlılığındadır. Məhz bunun sonucunda musiqili komediyanın başlıca məna yükü “çoxüslubluluqdan” bacardıqca geniş faydalanmaqdan ibarətdir ki, burada əski ilə çağdaşlığın, romantizm və klassisizmin, XX yüzilliyin bəstəkarlıq qayda-anlamlarına uyğun “özününkülərlə” “yadların” qatişiğı bədii – modelləşdiriçi məna dəşıyır.
 
   Data base   Back

  © Copyright Musigi Dunyasi