Kamera orkestri

Azərbaycan Dövlət kamera orkestri (ilk adı Azərbaycan radio və televiziyasının kamera orkestri) 1964-cü ildə Qara Qarayevin və Fikrət Əmirovun istəyi və təklifi ilə yaradılıb. İlk bədii rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Nazim Rzayev olub. 1982-ci ildən Qara Qarayevin adını daşıyır. 1990-1994-cü illərdə orkestrə xalq artisti Ramiz Məlikaslanov başçılıq edib. 1994-1997-ci illərdə bədii rəhbər vəzifəsində Abxaziya əməkdar incəsənət xadimi Yaşar İmanov çalışıb. 1998-ci ildən orkestrə əməkdar incəsənət xadimi Teymur Göyçayev başçılıq edir.