Ailəsi:

Qara Qarayevin ata babası Fərəc Hacı Qara oğlu Abçeron yarımadasında, Baku yaxınlığında yerləşən Fatmayı kəndindəndir.

            Qara Qarayevin ana babası, - İskəndər bəy Axundov keçmişdə tanınmış şamaxılı soyundandır. Onun həyat yoldaşı Zuleyxa xanım isə adlı-sanlı, lakin var-yoxdan çıxmış Bayraməlibəylilərdəndir.

Çox da imkanlı olmayan və qohumluq yaradan hər iki ailə XX yüzilliyin başlangıcında Bakı ziyalılarının demokratik çevrəsinə aid edilməlidir.

Həmin ailələrin üzvləri özləri hağğında yaddaşlarda düşüncəli, gülərüzlü, adamayovuşan, xırda yaşantılardan uzaq, intellektual və bədii dəyərlərlə qidalanan, nəfəs alan insanlar kimi silinməz izlər qoyub getmişlər.

 

Qara Qarayevin atası - Əbülfəz Fərəc oğlu Qarayev (1916)

Qara Qarayevin atası - əməkdar elm xadimi, Azərbaycanda ən öncül uşaq həkimi (o, Odessada tibb institutunu bitirmişdi) Əbülfəz Fərəc oğlu Qarayev hələ 1917-1918-ci illərədək (yəni oktyabr çevrilişi və Azərbaycan Demokratik Respublikası qurulanadək) həm diaqnost, daha sonralar isə, həm nəzəriyyəçi kimi də böyük ad-san qazanmışdı.

Uzun illər boyu o Azərbaycan Dövlət tibb institutunda və başçılıq etdiyi elmi-tədqiqat ana və uşaqların qorunması institutunda necə-necə həkim-pediatr nəsilləri yetirmişdi.






Qara Qarayevin anası Sona-xanım İskəndər qızı
( 1898 -1971).

O zamanlar üçün hərtərəfli təhsil almış ilk Azərbaycanlı qadınlardan idi.
Onun ata-anası, şəriətin qadağalarından keçərək, qızlarını hələ 14 yaşından Bakı şəhər idarəsi yanında orta məktəbdə oxutmuş, daha sonra isə Sona-xanım “Müqəddəs Nina” məktəbinin Bakı bölməsini bitirmişdi. O həm fortepiano ifaçılığı təhsili almışdı.

 


            Ailəsi      Müəllimləri      Yetirmələri   

 
   Data base   Back

  © Copyright Musigi Dunyasi