|
Violino
ilə fortepiano üçün:
- Violino ilə fortepiano üçün
Sonata (d-moll) görkəmli musiqiçi Vladimir
Kozlovun xatirəsinə yazılıb. Bəstəkarı
duyğulandıran düşüncə və
yaşantılar dördbölümlu silsilədə
- işcil Moderato, dalğın Reçitativ
və Andante, düşüncələrlə
çulğalanan Pastoral və çılğın,
çoşqun Fantaziyada öz ifadəsini tapıb.
- Səs ilə fortepiano
üçün A.S. Puşkinin sözlərinə
2 romans: “Gürcüstan yüksəkliklərində”
(“Íà õîëìàõ Ãðóçèè”) və “Mən sizi sevirdim” (“ß
Âàñ ëþáèë”). Q. Qarayev ədəbi qaynağın ruhu və və poetikasını
gözlədiyini vurğulamaq üçün
öz romanslarını “lirik” şerlər
adlandırırdı. Bunun sonucunda qısa və
aydın – lakonik içquruluşu və yığcam
fortepiano müşayiətindən faydalanıb.
Ş’er mətninə uyğun, eynimənali
inçəliklər sırf musiqili ifadələrlə
- melodiyanın “insaniləşmiş” intonasiyaları
və harmoniyanın dəyişkən çalarları
ilə gerçəkləşdirilir.
- Səs və caz-orkestr
üçün “Üç noktürn” (L.
Xyüzün sözlərinə), 1958.
I noktürn – “Yorğun blyuz”
(“Óñòàëûé áëþç”)
II n. – “Yay gecəsi” (“Ëåòíÿÿ íî÷ü”)
Və III n.
– “Mulat” (“Ìèëàò”)
|