| Müəllimləri:
Vladimir Mixayloviç
Kozlov
Vladimir Mixayloviç Kozlov son dərəcə
istedadlı musiqiçi idi. Onların tanışlığının
başlanqıci 1925-ci ildə, Qara Qarayev konservatoriya
yanında musiqi məktəbində oxuduğu
zamandan başlayıb. (V. M. Kozlov o zaman konservatoriyanın
həm fortepiano, həm tarix-nəzəriyyə
fakultələrində təhsil alırdı.)
İstər pianoçu, istər pedaqoq kimi V.
M. Kozlovun respublikada o zamankı konsert həyatının
canlanmasında sanballı yeri var idi. Kozlov ilk
növbədə konsertmeyster kimi tanınmışdı
və sozün tam mənasında SSRİ-də
ən öncül müşayiətçi
pianoçulardan biri sayılırdı.
Q. Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox
üzaqlarda tanınmasını yüksək
qiymətləndirirdi. Bu haqda o belə demişdi:
O Bakıda çıxış etmiş bütün
artistlərlə çalmışdı və
çoxları bilirdi ki, Bakıya akkompaniatorsuz
da yollanmaq olar.
Q. Qarayevin yaradıcılıqında ilk
sayda V. M. Kozlovun adı ilə bağlı əsərlərdən
onun dünyadan köşdüyü 1960-cı
ildə yazılmış və xatirəsinə
həsr olunmuş Violino ilə fortepiano üçün
Sonatanı göstərmək olar.
Leopold Moritseviç Rudolf (1877-1938)
Leopold Moritseviç Rudolf 1901-ci illərdə Moskva
konservatoriyasını S. İ. Taneyevin bəstəkarlıq
sinfi üzrə bitirib. 20 illik zaman kəsimində
Saratovda sonralar konservatoriyaya çevrilmiş
orta musiqi məktəbində işləyib. 1930-1932-ci Leningrad konservatoriyası yanında
işçi fakultəsində və şəhərin
musiqi texnikumlarında müəllimliyindən
sonra Bakı konservatoriyasında ölümünədək
bəstəkarlıq nəzəriyyəsi kafedrasına
başçılıq edib, professor vəzifəsində
işləmişdir. Konservatoriyanın tələbəsi
ikən Q. Qarayev professor Rudolfün bəstəkarlıq
sinfində təhsil alırdı (L. M. Rudolf həm
də tarix nəzəriyyə - bəstəkarlıq
fakultəsinə başçılıq edirdi.
)
Georgi G. Şaroyev - görkəmli rus pedaqoqları
M. K. Benua və A. R. Yesipovanın şagirdi, Azərbaycan
Dövlət konservatoriyasının professoru
və Q. Qarayevin fortepiano üzrə müəllimi
olmuşdur.
Üzeir Əbdul Hüseyn oğlu Hacıbəyov
(5(18). IX. 1885-23. X. 1948) böyük Azərbaycan
(sovet) bəstəkarı, pedaqoq, yazıçı-jurnalist
və ictimai xadimdir.
Istər konservatoriyanın, istər buradakı
Azərbaycan xalq musiqisi rarixi və nəzəriyyəsi
kafedrasının yaranması onun adı ilə
baglıdır. Folklorun böyük bilicisi kimi
o milli musiqinin məqam (lad) qanunauyğunluqlarını
əsaslandıran biçimli nəzəri sistemin
yaradıcışıdır.
Üzeir Hacıbəyovun sinfində Qara
Qarayev Azərbaycan xalq musiqisinin əsasları
fənni keçirdi. Böyük musiqiçi
ilk andan Q. Qarayevin gələcəkli istedadını
aşkarlaya bilmişdi. Sonralar Q. Qarayev belə
söyləyirdi: O, əgər belə desək,
mənim milli ruhum uğrunda çarpışırdı.
Bütün böyük ustadlardakı
kimi, Hacıbəyov təlimi sirf nəzəri
çevrəni aşaraq, Azərbaycan məqamları
(ladları) sistemini musiqi yaradıcılığı
ilə sıx və üzvü şəkildə
uzlaşdırırdı. Belə üzlaşmanın
gəpəkliyi onunla bağlıydı ki, Azərbaycan
musiqisində, - istər xalq yaradıciliğı
yanrlarında, istərsə də xalq-professional
musiqi sənətində (muğam və aşıq
sənətində) səs materialı və
quruluş biçimlənməsinin, Avropa musiqisindəkindən
daha artıq və olduqca qabarıq şəkildə,
məqamın (ladın) qanunauyğunluğlarından
böyük asılılığı var.
Qara Əbülfəz oğlu muəlliminə
bəslədiyi sonsuz minnətdarlıgını
ömrünün sonunadək qoruyub saxlamışdı.
Üzeir Hacıbəyovun yaradıcılıgında
və Azərbaycanda ilk violino, violonçel və
fortepiano triosunda həyata keçirilən aşıq
üslubu Qara Qarayevi 1965-ci ildə həmin asərin
Aşıqsayağı simfonik transkripsiyasını
yaratmağa ilhamlandırmışdı.
Qarayevin
səsi
Qarayevin
səsi
Dmitri
Dmitriyeviş Şostakoviç (12(25). IX. 1906-1909.
VIII. 1975) - görkəmli
sovet bəstəkarı, pianoçu, pedaqoq və
ictimai xadim.1943-cü ilin payizinda Moskvaya qayıdan
Qara Qarayev, o zaman Moskva konservatoriyasının
professoru Dm. Şostakoviç simfinə düşür.
Ustadla şagirdinin ömürlük dostluğunu
həm zövq, həm yaradıcılıq durumu,
həm də həyata baxışları baxımından
yaxınlıqlarının sonucu kimi açıqlana
bilər. Bütün bunlar Qara Qarayevin tələbəlik
illərindəki yaradıcılıqında
həm kəmiyyət, həm də keyfiyyət
göstəriləri ilə özünü aşkarlayıb.
I simfoniya (1943), fortepiano üçün Sonata
a-moll (1943), Vətən operası (1945), nəhayət,
konservatoriyanı bitirkən (1946) yazılan II
simfoniya, - bütün bunlar, şübhəsiz
ki, Dm. Şostakoviç şagirdinin əsərləridirlər.
|