|
Dmitri
Şostakoviç (bəstəkar):
Qara Qarayevin
böyük və parlaq bəstəkarlıq
istedadı var. Ümumi inkişafı son dərəcə
yüksək səviyyədədir. Bu musiqi qabiliyyəti
və mədəniyyəti olan bəstəkardır.
O alətşunaslıq, polifoniya və musiqi sənətinin
digər bölümlərinə əla yiyələnmişdir.
Qarayev gələcəyi şübhə doğurmayan,
daim axtarışda olan bəstəkardır.
Moskva konservatoriyasında
prof. D.D. Şostakoviçin bəstəkarlıq
sinfini bitirərkən Q. Qarayevə verilən
xasiyyətnamə. 17. IV. 1946.
“Yeddi gözəl”
haqqında:
Baletin musiqisi olduqca tə’sir bagışlayır.
Bəstəkar Qara Qarayev istedadının bir
çox özəllikləri məhz bu əsərdə,
öncəkilərdən daha parlaq şəkildə
öz əksini tapmışdır.
Rus baletinin ən öncül örnəklərinə
və Çaykovski ən’ənələrinə
arxalanan bəstəkar həqiqətən sanballı
əsər yaratmışdır.
“Yeddi gözəlin” musiqisi genişmiqyaslı
və genişnəfəsli, əsil simfonik musiqidir.
Balet bütöv, arasikəsilməz və getdikcə
yuksələn gərginlikli musiqili hekayət
kimi qavranılır.
“Yeddi gözəl” baleti bütün sovet
musiqi sənətinin ortaq qazancı olub, bütün
sovet teatrı repertuarını zənginləşdirir.
(”Ïðàâäà”) “Pravda” qəzetu,
18. XII. 1952 – ci il
... Q. Qarayev böyük
qoçaqlıqla, hətta ötkəmliklə
öz yaradıcılıq palitrasını hər
çəhətdən genişləndirməyə
çalışır. Belə çalışmanın
mahiyyəti əh’ənəviliklə yaradıcılıq
azadlığının çoxçalarlı,
çoxsəviyyəli və üzvi şəkildə
uslaşdırılmasındadır. O “xəlqilik”
anlamı çərçivəsindən kənara
çıxmaqdan qorxmur, daha doğrusu, bu anlamı
genişləndirməyə çalışır.
“Äðóæáà íàðîäîâ” jurnalı, 1957, ¹11
Mən
o dərəcədə özümə güvənən
deyiləm ki, Qara Qarayev kimi böyük bəstəkardan
söhbət açarkən “mənim şagirdim”
ifadəsini işlədim. Lakin mən həmin
görkəmli musiqiçinin, eləcə də
Azərbaycan simfonizminin digər sayımlısı
Cövdət Hacıyevin Moskva konservatoriyasında,
başçılıq etdiyim bəstəkarlıq
sinfində çalışıb yetkinləşdiyi
ilə hər bir zaman öyünəcəyəm.
“Áàêèíñêèé
ðàáî÷èé” qəzeti,
30. IV. 1968-ci il.
.... Qara Qarayev ən
çox sevdiyim bəstəkarlardan biridir. Onun
yaradıcılıq uğurlarının sirri
milli ən’ənələri, klassik irsi və
ən çağdaş formaları birləşdirən
parlaq istedadlı, yalnız özünə xas
olan dəst-xəttidir.
“Âûøêà” qəzeti, 30. IV. 1968.
Qriqori Kozintsev
(kinorejissor)
İstəkli
Qara Aleksandroviç!
Dünən televiziya “Don Kixotu”
göstərirdi.
Mən bu yolla filmlərə baxmağı xoşlamıram.
Köhnə işlərə baxmağa isə
heç həvəsim yoxdur. Ekranda artıq həyatda
olmayanları görürsən. Bizim işin
yaramazlıqlarındanmı, düşüncəsizliyimiz
yaxud iradəsizliyimizdənmi – filmlər istədiyimiz
kimi alınmır, yarımrıqdırlar. Lakin
bu dəfə sonadək otaqdan çıxıb
getmək arzusundan olmadım. Səbəbi isə
Sizin musiqinizdir. Musiqinizi lap öncədən
də sevirdem, bu gün isə, - çox-çox
illər keçdiyinə baxmayaraq, - daha artıq
dərəcədə sevirəm. Bu elə bir
sıxıntılı, ürəyi göynədən
çağırışdır ki, həmin
çağırışı duyub ona səs
verən ya tərki-dünyalığa, yaxud da
edam kürsüsünə yollanmalıdır.
Romanın əsil mahiyyətinin Sizin musiqidə
belə dəqiq əksinin son dərəcədə
duyğulandırıcı qücü var. Daha
önəmlisini düşünüb tapmazsan.
Yəqin ki, bütün bunlar Sizin öz yaşantılarınızla
haradasa üst-üstə düşüb, əks
halda bu cür bəstələmək olmaz. Q.
Qarayevə məktubundan. 28. X. 1972. Leningrad
Fikrət
Əmirov
Qarayev sənəti-əzəmətli
Azərbaycan musiqi məbədinin ən etibarlı
dayaqlarından biridir və bu musiginin dünya
şöhrəti qazanmasında onun rolu böyükdür...
İstedad üstəgəl əmək-bizim ictimai
həyatımızda, mədəniyyətimizdə
Qarayev sənətinin mahiyyəti və pafosu
bax bundadır.
(Əmirovın səsi)
Niyazi
Qara Qaryevin
musiqisi əyləncəyə
və sakitliyə çağırmır, əksinə
sözün həqiqi mənasında ürəkdən
od qoparır, canlı fəaliyyətə zövq
edir. Taleyimə minnətdaram ki, musigi ilə mən
də təmasda olmuşam. Xoşbaxtəm ki,
yaratdıqlarının əksəriyyəti
ilə tanış olmağı Qara Qarayev ilk
dəfə mənə etibar edib.
(Niyazinin səsi)
Rəsul
Rza
(Rəsul Rzanın
səsi)
Aram Xaçaturyan
(bəstəkar)
Mən
dostum Qara Qarayevin yaradıcılığında
onun insan həyatının ən başlıca
dəyəri haqqında insani, fəlsəfi və
dərin deyim və söyləmələrini
olduqca yüksək qiymətləndirirəm.
Onun melodik dilinin özümlüyü və
zənginliyi, xalq melosundan çox incəkliklə
faydalanma bacarığı, harmoniyalarının
yeniliyi və saflığı, parlaq və kəskin
qarşılaşdırmaları, polifonik səs
hörmə ustalığı, orkestr calarları
məni sevindirir. O həyatı dərk etməyi,
kəskin qarşıdurmalarda geri çəkilməməyi
bacarır, doqruculluğa və insanlığa
can atır. O hər an qaynar həyatdadır,
çağdaşdır, qəlbi insanlar üçün,
onların xoşbəxtliyi üçün hər
zaman açıqdır.
Ñìåíà
jurnalı
(Leninqrad), 27. IV. 1967
Yuri Zavadski (teatr
rejissoru)
Qara Qarayevlə
birdə içləyərkən onun son dərəcə
incə teatr, səhnə duyumu, pyesin gızlı,
iç mənasını anlayıb dramatik əsərin
ruhunu öz musiqisi ilə açıqlamaq, məzmunun
özəl ovqatını vurğulamaq, qabartmaq
bacarığı məni hər addımda heyrətləndirirdi.
Q. Qarayev elə azsaylı bəstəkarlardan
biriydi ki, onlarla çətinlik çəkmədən
işləmək olduqca maraqlıydı, - istər
“Qadınların üsyanı” olsun, istərsə
də Ekzüperinin həyatı haqqında Malüginin
pyesi. Hələ mən onun bütöv yaradıcılığı,
yaxud da yaradıcılığının ayrı-ayrı
kəsimləri haqqında danışmiram! Milli
qaynaqlara qırılmaz bağlılıq, fəal
çağdas duyum, kəskin və hər zaman
özəl dil-üslub, - məhz bütün
bunlar bütövlükdə istedad adlanır
ki, həmin istedadın sayəsində onun əsərləri
sovet musiqisi çevrəsində təkrarsız
Olaylardır.
"Áàêèíñêèé
ðàáî÷èé” qəzeti,
22. IV. 1967.
Tixon
Xrennikov (bəstəkar)
Dmitri Şostakovıçin
ən seçmə tələbəsi kimi Q.
Qarayev yaradıcılığı lap başlanğıcda
böyük ustadın güclü təsirindən
kənarda qala bilməzdi. Lakin bu təsir heç
cür onun özəl “məni”ni, yaradıcılıq
fərdiliyini silib yox edə bilmədi. Deyilənlərə
ən yaxşı tutalqa kimi onun təhsilini bitirdikdən
sonra yazdığı ilk ən sanballı əsəri,
- “Leylı və Məcnun” poemasını dinləmək
kifayətdir ki, həmin əsərə görə
müəllif SSRİ Dövlət mükafatına
layıq görülmüşdü. Heç
kim deyə bilməz ki, bu kiməsə əlavədir.
Qara Qarayevin sonraki ən iri əsərləri
də biri-birindən seçilərək hər
biri ayrılıqda irəli yeni bir addım kimi
yozulur, yaradıcılıq təfəkkürünün
təzələndiyini aşkarlayır. Qara Qarayev
özünü-təkrar və-yamsılamalardan
çox-şox uzaqdır. Lakin eyni zamanda bütün
bu əsərlər onunkudur, - onun qələmindən
çıxanların bir neçə xanəsi
çaşmadan müəllifin kimliyini dəqiq
deməyə imkan verir.
Qara Qarayev.
Məqalələr, məktublar, söyləmələr
(rus dilində). – M., “Ñîâåòñêèé êîìïîçèòîð” 1978, s.80.
Leo Mazel (musiqi nəzəriyyəçisi)
Müəllimlərin
şagirdləri haqqında xatirə yazılarına
az-az rast gəlinir. Adətən, əksinə,
müəllimləri daha tez-tez xatirlayırlar.
Lakin hazırki durumda belə “janr” təbiidir,
çünki şagirdin özü olduqca sanballı
və dəyərlidir, onun müəllimi ilə
daim təmasda olduğu dövr doğrudan da uzaq
keçmisin xatirələridir. Böyük Vətən
müharibəsindən (II dünya savaşı
nəzərdə tutulur) oncə Moskva konservatoriyasında
Qara Qarayevlə “analiz” (musiqi quruluşunun araşdırılması)
fənni keçirdim. Özü də tələbələrin
kiçik qrupuna, royal arxasında. Əlbəttə,
belə şərait şagirdi daha yaxindan tanımaq
imkanı verirdi və tələbə Qarayev
mənim yaddaşımda silinməz iz qoymuşdu.
Konservatoriyayadək
Q. Qarayev musiqi quruluşu haqqında geniş bilgilər
əldə etmədiyindən, dərslərdə
verilən biliklərə hamıdan artıq maraq
göstərərdi. O öz musiqi duyumu, qavrama
sür’əti, diribaşlıgı və eyni
zamanda dərin düşüncəliliyi
ilə seçilirdi. Qeyri –adı kompozisiyalar
araşdırılarkən, onun fənnə marağı
hədsiz dərəcədə artırdı.
Q. Qarayevin analitik araşdıcılığı,
dəqiq düşünmə bacarıgı
onu deməyə əsas verir ki, əgər arzusu
olsaydı, çox sayımlı nəzəriyyəçi,
- özü də təkcə müəllim
deyil, böyük alim kimi tanına bilərdi.
Xatirələr
və minnətdarlıq. II Qara Qarayev. Məqalələr,
məktublar, söyləmələr (rus dilində).M.,
“Ñîâåòñêèé êîìïîçèòîð”, 1978, s.
81.
Kşiştof
Meyer (bəstəkar)
.... Qara Qarayevin
adı Polşada artıq 50-ci illərdə eşidilməyə
başlamışdı. Daha sonra, hamımızın
yaxşı yadındadır ki, 1959-ci ildə
“Varşava payızı” beynəlxalq çağdaş
musiqi festivalının qonağı olan Dmitri
Şostakoviç, öz müsahibələrinin
birində Qara Qarayevi günkü sovet musiqi sənətinin
ən görkəmli simalarından biri saydığını
vurğulamışdı.
60-ci illərdə
Qara Qarayevin sonrakı əsərlərilə
tanışlıq məndə belə inanc yaratdı
ki, o yazdıqları ilə razılaşmayan,
kifayətlənməyən, daim axtarışda
olan və sənəti yeni-yeni bədii tapıntılarla
zənginləçdirən sənətkarlardandır.
Mən onun bütün son əsərlərini
öyrənərkən onlardan ikisinin, - III simfoniyanın
və Violino Konsertinin mənim üçün
daha maraqlı və yaxın olduğunu anladım.
Bu əsərlərdən hər biri sanki təkrarsız ətir saçır, işlənilən
bədii ifadə yolları və bəstəkarlıq
texnikasının (dodekafoniyanın) yeniliyi dinləyicini
son dərəcə duyğulandırır ki,
bütün bunlar bəstəkarın musiqidə
xəlqilik və fərdilinə her cür çətinlik
yaratmır və, mən deyərdim, həmin
yönlərdə ona arxa olub kömək edir.
Q. Qarayevin musiqisinə, bütövlükdə
götürsək, xalq ruhu hakim kəsilib. Bu
da bir daha sübüt üdir ki, bədii ifadə
yolları və bəstəkarlıq texnikası
deyil, ilk sayda istedad və bədii fərdilik,
özəllik əsərlərin dəyərləndirilməsində
başlıca me’yardır.
Mənim
Qara Qarayevlə görüşlərim. //Qara
Qarayev. Məqalələr. Məktublar. Cöyləmələr.
– M., “Ñîâåòñêèé êîìïîçèòîð”, 1978, s. 90-91.
Leonid Koqan (violinoçalan)
Bir musiqiçi
kimi Q. Qarayevi hamı üçün istəkli
edən nədir? Hər şeydən öncə
onun misilsiz fitri istedadı, yüksək səviyyəli
sənətkarlığı, ömrü boyu
bütün gücünü musiqi sənətinə,
yaradıcılığa vermək hazırlığı.
Və eyni zamanda sadalananlara analitik – araşdirici
– dəyərləndirici yanaşma bacarığı.
Mənə
elə gəlir ki, bu əsər (söhbət
L. Koqana həsr olunmuş Violino Konsertindən
gedir. – müəllif) bəstəkarın yaradıcılığında
yeni kəsimin başlanğıcıdır.
Burada Q. Qarayev musiqisini keçmişlərdə
də nəzərə çarpdiran “yayabənzər”,
qıvraq enerji və bir qədər ağır,
dözümlü lirika tamamilə başqa yöndə,
başqa çalarda səsləndi. Özü
də daha güclü və genişmiqyaslı
şəkildə. Bu əsər sayəsində
Q. Qarayev yaradacılığı yeni bədii
ifadəliliklə zənginləşib. Əlbəttə,
keçmişin dəyərlərini qorumaq şərtilə.
Melodik cizginin qabarıqlığı, orijinallığı,
parlaq şidirğı texnika Konsertə ən
secimli əsərlərdən biri görüntüsü
verir.
Seçimli əsər. //Qara Qarayev. Yubiley toplusu,
1978, s.92.
Yevgeni Svetlanov
(dirijor) (“Yeddi gözəl” haqqında)
Qara Qarayevin
İlham pərisinə not sətirləri darlıq
edir. Tükənməz fantaziya və çalarların
çoxluğu, son dərəcə gözəl
melodiyalarla çox az halda qarşılaşdığımız
harmonik bolluğun ayrılmaz uyğunluğu,
ritmlər və onların dəyişmələri,
səsli təzadlar və ehtirasın yüksək
çilğinlığı (balet yazanların
çoxunun “qaz vurub qazan doldurduğu” ilə
qarışdırmamalı!) – bütün bunlar
7 gözəlin misilsiz musiqili – xoreoqrafik görüntü
– açıqlamalarında özünün ən
yüksək səviyyəli ifadəsini tapmışdır.
Tam azxayınçılıqla deyə bilərəm
ki, burada Q. Qarayev adı çəkilən janrda
ümumdünya səviyyəsinə qalxa bilmişdir.
Bu günümüzə,
çağdaşlığa xitab.... //Qara Qarayev.
Yubiley toplusu, 1978, s.94.
Gidon Kremer (violinoçalan)
Mən
bədii zövq və istəklərimə cavab
verə biləcək bu lənətə gəlmiş
çağdaş Konsert axtarışında
ikən, eyni zamanda yaranmış və quruluşca
biri-birindən olduqca seçilən bir neçə
əsərlə tanış oldum. Onlar arasında
Qara Qarayevin yeni bitirdiyi Konsert də vardı.
Həmin Əsər bu çağdaş bədii
əsər çeşidinin çağdaş
quruluşu məsələsinə çox kəskin
yanaşma baxımından məni əlüstü
maraqlandırmağa başladı. Qarayevin sənətkar
doğruculluğu, janr məsələsində
“dayazlıqdan uzaq” yanaşımını təkcə
bizim öyrəşdiyimiz üçbölümlü
solsilənin tamamilə qeyri-adı, oxşarsız
dolğunluğunda görmək düzgün
olmazdı. Bu janrda yazılan çox-çox
əsərrlərin gəyərini azaldan tutarsız
sonluqlardan faydalı şəkildə seçilən
Q. Qarayev Konsertinin dərin fəlsəfi 3-cü
bölümünü yada salsaq, kifayətdir.
Q. Qarayev əsərinin doğruculluğu ümumdünya
violino musiqisi irsini dərin öyrənilib mənimsənilməsi,
alətin səslənməsinə misilsiz ifadəlilik
vermək istəyindən irəli gəlir.
Qara Qarayevin
Violino Konserti. //Qara Qarayev.
Yubiley toplusu, s.113.
Andrey Petrov (bəstəkar)
Mən Qara Qarayev
musiqisini 50-ci illərdə tanıyıb sevmişəm.
Bu bəxtiyar tələbəlik və ilk azad,
baxımsız yaradıcılıq illəri
idi ki, o zaman hər hansı böyük, parlaq
olay ömürlük yaddaçımıza silinməz
yazyla yazılır. Mənim üçün
həmin olaylardan biri də Qara Qarayev yaradıcıliğı
oldu.
Həmin 50-ci illərdə
Leninqradda onun “Yeddi gözəl” və “İldırımlı
yollarla” baletləri ilk dəfə tamaşaya
qoyulmuşdu. Eyni zamanda müharibədən sonrakı
dövrün sovet teatrı üçün ən
sayımlı tamaşalarından biri, - “Nikbin
faciə”, daha sonra isə “Don Kixot” filminin musiqisi
yazılmışdı....
Qara Qarayevin
musiqisindən onun böyük bədii sənətkarlığı
duyulurdu. Bu sənətkarlıq onun dil-üslubunun
bir sıra özəllikləri ilə, - özümlü
melodiyaları, seçimli Q. Qarayev çalarları,
zəngin ritmikası, “dadlı” səslənən
orkestri ilə acıqlanırdı.
Gözəllik,
güc və ifadəlilikdən doğan musiqi.
//Qara Qarayev. Yubiley toplusu, s.127
Vladimir Kraynev
(pianoçu)
Qara Qarayev
kimi görkəmli sənətkarla görüşüm
və tanışlığım mənim yaradıcılıq
yaşamımım yaddaşında ən silinməz
izlər qoymuşdur... Çünki geniş
dinləyici kütləsının ilk növbədə
görkəmli orkestr ustası kimi tanıdığı
Qara Qarayev, fortepianonün şairi, dramaturqu və
boyakarı olub, fortepiano musiqisi yaradıcılığında
da sənətkarlıqda birincidən geri qalmırdı.
“Altı musiqili
an”// Qara Qarayev. Yubiley topluşu, s.147
Mark Paverman (dirijor)
Mənim
Qara Əbülfəz oğlu ilə şəxsi
tanışlığım 1966-ci ilin noyabrında,
münsiflər heyəti üzvü olduğumuz
dirijorların II Ümumittifaq müsabiqəsində
baş verdi. Bundan bir qədər öncə
Sverdlovskda mən onun “Don Kixot” simfonik qravürlərini
ifa etmişdim. Həmin əsərin musiqisi öz
məna və məzmun dərinliyi, parlaq bədii
surətləri və qeyri-adı quruluşu ilə
məni “ələ ala bilmişdi”. Servantesin bu
gözəl romanının belə yüksək
səviyyəli musiqi dili ilə açımı
yalznız Qara Qarayev kimi böyük bəstəkar
istedadının gücü sayəsində əldə
oluna bilər.
Qara Qarayev
musiqisi ilə görüşmək sevinci. //Qara
Qarayev. Yubiley topluşu, s.169.
David Toradze (bəstəkar)
Moskva Konservatoriyasında
Qara Qarayevlə birgə ən sayımlı nəzəriyyəçilərdən
dərs aldığımız dövrdə onun
istedadının bu dərəcədə yetkinləşməsinə
kömək etmiş ən başlica özəlliyi
olan “musiqini görmək” bacarıgından doymurdum.
Və bu “görmə” zamanı öz sənətkarlıq
artımı üçün ən lazımlı,
ən gərəkli, öz zövqünə
uyğunlarını seçib mənimsəyə
bilirdi. Məsələn, o harmonik çalışmalardan,
eləcə də çox sayda coxsəsli janrlarda,
o cümlədən ayrı-ayrı orkestr hey’ətləri
üçün fuqalar bəstələməkdən
həm faydalanar, həm də əylənərdi.
Gənc
bəstəkarın inadcıllığı
sonucu və polifoniyanı yüksək səviyyədə
mənimsəməsi göstəricisi kimi onun
ilk tutumlu əsəri-simfonikorkestr üçün
Passakaliya və üçlü fuqası yaranda
ki, səslənməsinə qörə qeyri-adı,
dərin məzmunlu və ən’ənəvi polifonik
yolların milli mövzularla oxşarsız şəkildə,
ustalıqla birşdirilməsi ilə seçilirdi.
Azərbaycan xalq musiqisinin, gürcü musiqisindən
seçilən təksəsli təbiətini
nəzərə alsaq, bunun nə demək olduğunu
anlamaq çətin deyil, hərçənd
ki, Azərbaycan musiqisində də polifonik düşüncəli
ünsürlərin varlığı sübhəsizdir.
Beləliklə, milli mədəniyyətin yeni
qazancı kimi Qara Qarayevin əsəri Azərbaycan
musiqi sənətinin gələcək irəliləyişləri
üçün irəli atılmış mərd
bir addım idi.
Böyük
Sənətkar dostum haqqında. //Qara Qarayev. Yubiley
toplusu, s. 173-174.
Rodion
Şedrin (bəstəkar)
Qara Qarayev milli
bəstəkar olmaqla yanaşı, milli çərcivəyə
sığmayan bəstəkar idi. Çağdaş
Azərbaycan musiqi mədəniyyəti özülünün
quruculuğunda onun adını Üzeir Hacıbəyovla
yanaşı çəkmək olar. Azərbaycan
musiqisində bir sıra janrlar qara Qarayev yaradıcılıgından
qaynaqlanır. Bütövlükdə götürsək,
onun yaradıcılıgı milli musiqi mədəniyyətinin
keyfiyyətcə yeni pilləsidir. Yeni Azərbaycan
musiqisinin beynəlxalq məktəbinin yaradıcısıdır.
Özü də təkcə ona qörə yox
ki, onun sinfində təhsil alanların sayı
onlarladır. Qara Qarayev canlı görkdür
və öz şəhsiyyətinin parlaqlığı
ilə bu fəxri ada layıqdır.
Mən
Q. Qarayev haqqında belə deyərdim o hər
zaman yenilik axtarışındadır, lakin əski
yolları, keçidləri yaxşı bilir;
tapıntılar arzusunda bulunsa da, ən’ənələrin,
- ilk sayda milli dəyərlərin və onlardan
faydalanmağın gərəkliyini unutmur. Bəlkə
də tutduğu yön ən çətindir:
“sağlar” onu ”solçuluqda”, ”sollar” isə ”mühafizəkarlıqda”
suçlayırqda. O isə öz istedadı
və qəlbinin çagışı ilə
sənətdə tutduğu yolda sadəçə
olaraq dönməzdir.
Örnək
yaradıcılıq yolu.// Yubiley toplusu, s. 87.
Rauf
Haciyev:
Şagirdinə yüksək mənəvı
dəyərlər aşılamaq Q. Qarayev üçün
əsərlərimizin üstünlüklərini
və çatışmazlıqlarını
nəzərimizə çatdırmaq qədər
əhəmiyyətli idi.
Vasif
Adıgözəlov:
Gözəlliyi
duyub-anlamaq, həyatın təzadlarını
biri-birindən ayırmaq və bunları öz
yaradıcılığımda əks etdirmək
bacarığını mən Müəllimimdən
öyrənmişəm. Sənətə müqəddəs
mənə ondan yadigar qalıb.
Xəyyam
Mirzəzadə:
Q. Qarayevlə hətta ən gözlənilməz
görüş Ustadın eyni sualı ilə
başa çatardı: “Nə zaman əsər
göstərəcəksən?” Və hər
bir əsərə baxış və araşdırma
hər birimizin taleyində son dərəcə
maraqlı Böyük İnsan və Böyük
Ustadın olduqca dəyərli tövsiyələri
ilə başa çatan yeni, daha məs`ul bir
imtahan kimi yozulurdu.
Məmməd Quliyev:
Qara Qarayev olmasaydı, mənim bəstəkarlığım,
yəgin ki, şübhə altındaydı.
Mən sənətimlə, - deməli varliğımla
ona borcluyam. Qara Qarayevlə bir neçə saatlıq
söhbət aylarla cürbəcür elmlərə
aid kitablar oxumaqdan daha üstündür.
Afaq Cəfərova:
Lap başlangıcdan Qara
Qarayev yeni şagirdləri ilə ayrı – ayrı
bəstəkarlıq məktəblərinin özəl
cəhətləri kimi dil – üslub və quruluş,
yazı texnikası, ifadə yolları, eləcə
də musiqiçi zövqünün və bədii
duyumun yetkinləşməsi məsələlərini
nəzərdən keçirməyi lazim bilirdi.
Sevda İbrahimova:
Qara Qarayevin misilsiz dərsləri... Onun bütün
tələbələrə doğmalığı,
ata qədər əzizliyi unudulmazdır. Yazdığın
əsəri bəyənirdisə, sən göylərə
uçmaq istəyirdin.
Nərgiz Çəfiyeva:
Böyük müəllimimiz Q. Qarayev qəlbinin müdrik ziyası,
qüdrətli sənətkar sözunun güclü
məntiqi ilə biz şagırdlərin düşüncələrini
daim kamillik Yüksək Sənət anlamına
çatdırmağa qadir olmuşdur.
İsmayil Hacıbəyov:
Q. Qarayev bizi texniki ixtiracılığa həvəsləndirərək,
hən bir səs xəttinin, hər bir notun tutarlı
lazımlılığı ilə şərtlənən
musiqidə məntiqlə düşümməyi
öyrədirdi. Çünki yalnız sənətin
bütün incəliklərinə yiyələnmiş
sənətkar. Böyük Sadəlik məqamına
yetişə bilər ki, həmin məqamda musiqi
təbiətin gerçək olayı kimi yozulur.
Firəngiz
Əlizadə:
Qara Qarayevin çoxsaylı
arasında oxşarını dərsləri arasında
oxşarını tapmazdın. Yalnız bircəciyi
təkrarlanırdı: düz vaxtında, qəti
addımlarla, alnıaçıq sinifə girən
Ustad hamı ilə əl tutub görüşərdi.
Görüşdükləri bu “hamı” isə
sayca az deyildi: hazırkı və keçmiş
tələbələri, qonaqlar və sadəcə
maraqlananlar. Öz qısa salamlaması ilə
o, hər bir kəsə bir növ sual verərək
sinifdə baş verənlər barədə
öncədən bilgi alardı ki, həmin alınan
bilqilər dərsin gedişində öz əksini
tapırdı.
Azad Zahid:
Qara Qarayev həyatımda ən işıqlı
xatirədir.
|